ABŞ İrana quru əməliyyatına hazırlaşır? – Pentaqondan diqqətçəkən açıqlamabackend

ABŞ İrana quru əməliyyatına hazırlaşır? – Pentaqondan diqqətçəkən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ qoşunlarının İranda quru əməliyyatı keçirməsi ABŞ Prezidenti Donald Trampın nəzərdən keçirdiyi mümkün variantlardan biri olaraq qalır.

Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin beynəlxalq məsələlər üzrə köməkçisi Deniel Zimmerman Konqresdə çıxışı zamanı danışıb.

“Prezident bütün mümkün variantları masada saxlayır”, – deyə Zimmerman Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı qanunvericilərin sualını cavablandırarkən bildirib.

“The New York Times” qəzetinin yazdığına görə, hazırda ABŞ Hörmüz boğazı yaxınlığında yerləşdirilmiş 5 min quru qoşunu hərbçisinə malikdir və onlar döyüş hazırlığı vəziyyətində əmri gözləyirlər.

Məlumata əsasən, Hörmüz boğazının şərq istiqamətinə doğru hərəkət edən üç desant gəmisində 2 500 nəfərlik dəniz piyadaları ekspedisiya batalyonu yerləşdirilib. Bildirilir ki, dəniz piyadaları İranla əlaqəli ticarət gəmilərinin blokadasında fəal iştirak edirlər.

Bundan başqa, ABŞ-nin elit 82-ci hava-desant diviziyasının təxminən 2 min hərbçisi də Yaxın Şərqdə yerləşdirilib. ABŞ Müdafiə Nazirliyinin nümayəndələri onların konkret hansı ərazidə yerləşdiyini açıqlamırlar.

Amerikalı hərbçilərin sözlərinə görə, desant qüvvələri İranın neft ixracının əsas mərkəzlərindən biri hesab olunan Hark adası kimi strateji əhəmiyyətli ərazilərin ələ keçirilməsi üçün dəniz piyadaları ilə birlikdə istifadə oluna bilər.