“Azərbaycan Dəmir Yolları” QSC ilə “Gürcüstan Dəmir Yolları” SC arasında əldə olunmuş ilkin razılaşmaya əsasən Bakı–Tiflis–Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli müəyyənləşib.
Musavat.com xəbər verir ki, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tiflisə çatacaq.
Tiflisdən isə qatar saat 21:00-da yola düşərək ertəsi gün saat 06:24-də Bakıya çatacaq.
Məlumata görə, Bakı–Tiflis–Bakı marşrutu üzrə qatarlar Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq.
Gürcüstan ərazisində isə qatarın Qardabani stansiyası və Tiflis Dəmiryol Vağzalında dayanacağı bildirilib.
Qeyd olunub ki, ictimaiyyətə əlavə məlumat veriləcək.


