Azərbaycanda dəhşətli qətl baş verdibackend

Azərbaycanda dəhşətli qətl baş verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboy rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Editor.az bakupost.az-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Rövşən Məmmədov idarə etdiyi avtomobillə boşanma ərəfəsində olduğu həyat yoldaşı, 2003-cü il təvəllüdlü Sevinc Məmmədovanın sürdüyü maşına qəsdən çırpılıb.

Daha sonra o, avtomobildən düşərək Sevinc Məmmədovanı bıçaqlayaraq qətlə yetirib.

Hadisə zamanı avtomobildə olan Sevinc Məmmədovanın ögey anası, Ukrayna vətəndaşı, 1974-cü il təvəllüdlü Natalya Xudenka da həyatını itirib.

Məlumata görə, hadisəni törədən Rövşən Məmmədov daha sonra qəsd edib.

Faktla bağlı araşdırma aparılır.