Yayda Tehran susuz qala bilərbackend

Yayda Tehran susuz qala bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehran Şəhər Şurasının Səhiyyə, Ətraf Mühit və Şəhərsalma Komitəsinin rəhbəri Mehdi Pirhadinin sözlərinə görə, Tehranda su çatışmazlığı hələ də kəskin olaraq qalır.

O, paytaxtda son zamanlar yağan yağışlara baxmayaraq, su anbarı ehtiyatlarının kifayət qədər olmadığını vurğulayıb. Pirhadi bildirib ki, hakimiyyət orqanları ictimaiyyət və hökumət əməkdaşlığına ehtiyac duyur, əks halda Tehran fəlakətli yayla üzləşəcək.

Səlahiyyətli şəxs qeyd edib ki, təxminən 35 milyon əhalisi olan on əyalət uzunmüddətli orta göstəriciyə nisbətən yağıntı çatışmazlığı ilə üzləşməyə davam edir.

//Samir Qurbanov, Editor.az