İran İnqilab Keşikçiləri ABŞ-ın hərbi əməliyyatları genişləndirəcəyi təqdirdə ölkənin müharibə strategiyasını dəyişəcəyini açıqlayıb.
Editor.az xəbər verir ki, İnqilab Keşikçilərinin sözçüsü Hüseyn Möhebbinin sözlərinə görə, qarşıdurmanın davam etməsi halında İran istifadə etdiyi silahları, taktikanı və mümkün hədəfləri dəyişə bilər.
Bununla yanaşı, Hörmüz boğazına daxil olan tankerə naməlum mərminin dəydiyi və nəticədə iki ekipaj üzvünün yaralandığı bildirilib. Bölgədə gərginliyin artması dəniz nəqliyyatı və enerji daşımaları ilə bağlı narahatlıqları da gücləndirib.
//Samir Qurbanov, Editor.az

