NATO-nun Hərbi Komitəsinin sədri admiral Kavo Draqon bəyan edib ki, alyans Rusiyanın potensial hücumuna cavab verməyə hazırdır.
Editor.az xəbər verir ki, Draqonun sözlərinə görə, NATO bütün strukturu, qoşunları və silahlanması ilə münaqişəyə hazırdır.
Eyni zamanda, Rusiyanın dövlət şirkəti olan “Rosatom”dan sızan sənədlər üzə çıxarıb ki, Rusiya öz hərbi imkanlarını gücləndirmək məqsədilə gizli bir planı işə salıb.
Xatırladaq ki, Avropa son vaxtlar hava məkanının pozulması və təxribat cəhdlərinin artması ilə üz-üzə qalıb. Avqust ayında ABŞ kəşfiyyatının hesabatlarında Moskvanın yaxın illərdə hansısa NATO ölkəsinə qarşı məhdud miqyaslı hücum planlaşdırdığı barədə xəbərdarlıq edilmişdi. Rusiyanın mümkün hücumu ilə bağlı Avropada artan narahatlıq fonunda, sızdırılan Rusiya dövlət sənədləri gərginliyi daha da artırıb.
İddialara görə, Rusiya gizli şəkildə pilotsuz uçuş aparatlarının (PUA) istehsal gücünü 78 faiz artırmaq istiqamətində addımlar atıb.
//Dəniz Pənahova, Editor.az

