ABŞ Prezidenti Donald Trampın Amerika ərazisi kimi əldə etməyə çalışdığı Qrenlandiya, Vaşinqton və Kopenhagen arasında əldə edilmiş razılaşma əsasında “daimi təhlükəsizlik nəzarəti” çərçivəsinə daxil edilib.
Editor.az xəbər verir ki, Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen razılaşmanın təfərrüatlarını şərh edərkən Qrenlandiyanın yeni statusu ilə bağlı məlumat verib.
ABŞ ilə əldə olunmuş razılaşmadan məmnunluğunu vurğulayan Rasmussen, ABŞ Prezidenti Donald Trampın əvvəlki bəyanatlarının Qrenlandiyada narahatlıq doğurduğunu qeyd edib və bu razılaşmanın Qrenlandiya xalqının narahatlığını aradan qaldıracağına ümidvar olduğunu bildirib.
//Dəniz Pənahova, Editor.az

