Çernoqoriya Xarici İşlər Nazirliyi Rusiyanın Podqoritsadakı səfiri Aleksandr Lukaşiki nazirliyə çağırıb. Buna səbəb Rusiya səfirliyinin Çernoqoriyanın 2026-cı il noyabrın 1-dən etibarən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etməsi ilə bağlı verdiyi açıqlama olub.
Çernoqoriya XİN-in yaydığı bəyanatda bildirilib ki, ölkənin Avropa İttifaqının viza siyasətinə uyğunlaşması üzvlük prosesinin əsas tələblərindən biridir.
Rəsmi Podqoritsa vurğulayıb ki, qərar milli maraqlar və Aİ qarşısında götürülmüş öhdəliklər çərçivəsində qəbul edilib və hər hansı ölkəyə qarşı yönəlməyib.
Nazirlik həmçinin Rusiyanın diplomatik nümayəndəliyinin bəyanatında yer alan ittihamların əsassız olduğunu qeyd edib və diplomatik münasibətlərdə qarşılıqlı hörmət prinsiplərinə əməl olunmasının vacibliyini vurğulayıb.
//Samir Qurbanov, Editor.az

