Qırğızıstanda zəlzələ baş veribbackend

Qırğızıstanda zəlzələ baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanda zəlzələ qeydə alınıb. Hadisə avqustun 12-də yerli vaxtla saat 13:14-də baş verib.

Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutunun məlumatına görə, zəlzələnin maqnitudası ilkin olaraq 5,0–5,2 olaraq qiymətləndirilib.

Zəlzələnin episentri Narin vilayətində, Bişkek və Narın şəhərləri arasındakı ərazidə yerləşib.

Yeraltı təkanlar Bişkekdə də hiss olunub. Hazırda zəlzələ nəticəsində dağıntı və xəsarət alanlarla bağlı məlumat dəqiqləşdirilir.

//Samir Qurbanov, Editor.az