Messi futbolçu karyerasının gələcəyi ilə bağlı qərarsızdırbackend

Messi futbolçu karyerasının gələcəyi ilə bağlı qərarsızdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentina millisinin və ABŞ-ın MLS liqasında çıxış edən “İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messi atasının vəfatından sonra futbolçu karyerasının gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaşadığını açıqlayıb.

39 yaşlı futbolçu sosial şəbəkədə atasına həsr etdiyi vida paylaşımında onun ölümü ilə bağlı dərin kədərini ifadə edib. Messi atasının həyatında və futbol karyerasında mühüm rol oynadığını vurğulayıb və onsuz futbolu nə qədər davam etdirə biləcəyinə ciddi şübhələri olduğunu bildirib.

Jorge Messi uzun illər oğlunun karyerasında həm ata, həm də menecer və məsləhətçi kimi mühüm rol oynayıb. Lionel Messi paylaşımında atasının ona verdiyi dəstəyin və məsləhətlərin karyerasında xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Messi atasının vəfatından sonra “İnter Mayami”də çıxışını müvəqqəti dayandırıb və ailəsinin yanında olmaq üçün Argentinaya gedib. Onun komandaya nə vaxt qayıdacağı ilə bağlı dəqiq tarix açıqlanmayıb.

Bununla belə, futbolçu karyerasını rəsmən başa vurduğunu elan etməyib. Hazırda Messi gələcək taleyi ilə bağlı qərar vermək üçün vaxt götürür.

//Samir Qurbanov, Editor.az