Zelenski Novorossiyskə zərbənin detallarını açıqladı: “Unikal əməliyyat keçirilib”backend

Zelenski Novorossiyskə zərbənin detallarını açıqladı: “Unikal əməliyyat keçirilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Müdafiə Qüvvələri avqustun 12-nə keçən gecə Rusiyanın Novorossiysk şəhərində yerləşən hərbi-dəniz bazasına zərbə endirib.

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, əməliyyat cəbhə xəttindən 300 kilometrdən çox məsafədə həyata keçirilib. Onun sözlərinə görə, hücum zamanı müxtəlif zərbə vasitələrinin kombinasiyasından istifadə olunub.
Zelenski qeyd edib ki, əməliyyata “Palyanitsa” reaktiv pilotsuz uçuş aparatları, “Neptun” raketləri və dəniz pilotsuz sistemləri cəlb edilib.

Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə mövqelərinə, limandakı körpülərə və digər infrastruktur obyektlərinə zərbələr endirilib.
Ukrayna lideri əməliyyatı ölkənin Rusiya ərazisinin dərinliklərində həyata keçirdiyi mühüm zərbələrdən biri kimi qiymətləndirib.

Hücumdan sonra Novorossiysk limanındakı iki iri taxıl terminalının fəaliyyətini dayandırdığı barədə də məlumat yayılıb. Reuters-in məlumatına görə, terminallardan birində zərər qeydə alınıb.

Rusiya tərəfinin hücumun nəticələri ilə bağlı açıqladığı məlumatlar isə ayrıca dəqiqləşdirilir.

//Samir Qurbanov, Editor.az