Serbiyada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova paytaxt Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Spiker abidənin önünə gül dəstələri düzüb.
Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti sonra burada görkəmli serb yazıçısı Milorad Paviçin də abidəsini ziyarət edib.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin Taşmaydan parkında ucaldılmış abidəsinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2011-ci ildə olub.


