Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR – FOTO – VİDEObackend

Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR – FOTO – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində kanatın trosunun qırılması, nəticədə 2 nəfərin yüksəklikdən düşərək həyatını itirməsi ilə bağlı araşdırma başlanılıb.

Musavat.com xəbər verir ki, faktla bağlı araşdırma Şəki rayon prokurorluğunda aparılır.

 ***

Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində baş verən faciə ilə bağlı detallar məlum olub.

Musavat.com “Report”a istinadən xəbər verir ki, qurğunun trosunun qırılması zamanı həlak olanlardan biri Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədovdur.

Onun Bakıdan Şəkiyə istirahət məqsədilə gəldiyi bildirilir.

Həlak olan şəxsin fotosunu təqdim edirik:

Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO - VİDEO

***

“Şəki Yaylası” istirahət mərkəzində faciəli şəkildə ölənlərin kimliyi məlum olub.

Musavat.com APA-ya istinadən xəbər verir ki, həlak olanların Qax rayon sakini, 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov olduğu bildirilir.

İlkin məlumata görə, faciə Şəkinin Baş Kəldək kəndində yerləşən istirahət mərkəzində qurğunun trosunun qırılması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Əsəbi zəif olanlar izləməsinlər: