İnarə Mirhəsənovaya yüksək VƏZİFƏ VERİLDİ – FOTObackend

İnarə Mirhəsənovaya yüksək VƏZİFƏ VERİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müşaviri vəzifəsinə təyinat olub.

Editor.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, sözügedən vəzifəyə İnarə Vaqif qızı Mirhəsənova təyin edilib.

Qeyd edək ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənmə ilə başa vurub.

Peşəkar fəaliyyəti ərzində maliyyə və sığorta sektorlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb, maliyyə və risklərin idarə olunması, sığorta, investisiyalar, strateji planlaşdırma və korporativ idarəetmə istiqamətlərində geniş təcrübə qazanıb. Karyerasının son 10 ilini “PAŞA Qrup”da davam etdirərək Qrupun müxtəlif şirkətlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Yeni təyinatından əvvəl İnarə Mirhəsənova “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin üzvü və Baş maliyyə inzibatçısı vəzifəsində çalışıb.

İnarə Mirhəsənovaya yüksək VƏZİFƏ VERİLDİ - FOTO