Böyük Britaniyanın Xarici İşlər Naziri Ed Miliband İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşmalara qarşı sanksiyaları elan edərək, “Britaniya hökuməti Fələstinlilərə qarşı etnik təmizləmənin İordan çayının qərb sahilində məskunlaşan terrorçular tərəfindən həyata keçirildiyini etiraf edir” deyib.
Editor.az xəbər verir ki, Böyük Britaniya, Fransa və İspaniya da daxil olmaqla 11 ölkə qeyri-qanuni İsrail yaşayış məskənlərinə embarqo tətbiq edəcəklərini açıqlayıb.
İdxal qadağasının işğal altındakı Fələstin torpaqlarında qeyri-qanuni məskunlaşma yerlərindən gələn malları hədəf alacağını bildirən Miliband, “İngiltərə hökuməti terrorçular tərəfindən fələstinlilərə qarşı etnik təmizləmə aparıldığını etiraf edir” deyib.
//Dəniz Pənahova, Editor.az

