Rosssotrudniçeskv MDB məkanında tərəfdaş “Rus evləri” proqramını ilk dəfə olaraq genişləndirir və Ermənistanda iki yeni mərkəz açmağa hazırlaşır.
NOCOMMENT.az xəbər verir ki, yeni mərkəzlər Ermənistanın Artaşat və Aştabak şəhərlərində fəaliyyətə başlayacaq.
Rosssotrudniçestvun rəhbəri Çayka tərəfindən 11 yeni tərəfdaş “Rus evi”nin açılması ilə bağlı müqavilələr imzalanıb. Qeyd edək ki, bu layihəyə qədər sözügedən şəbəkə 22 ölkədə ümumilikdə 25 tərəfdaş meydançasını birləşdirirdi.

