“Şəki Yaylası” istirahət mərkəzində faciəli şəkildə ölənlərin kimliyi məlum olub.
Editor.az APA-ya istinadən xəbər verir ki, həlak olanların Qax rayon sakini, 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov olduğu bildirilir.
İlkin məlumata görə, faciə Şəkinin Baş Kəldək kəndində yerləşən istirahət mərkəzində qurğunun trosunun qırılması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
18:40
Sentyabrın 8-də, saat 14:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şəki rayonu, “Şəki Yaylası” istirahət mərkəzindən çağırış qeydə alınıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən iki nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
18:02
“Şəki yaylası”nda əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində iki nəfər həlak olub.
Bu barədə Oxu.Az-a məlumat daxil olub.
Əsəbi zəif olanlar izləməsinlər:

