Tramp Putinə Ukrayna müharibəsinin tezliklə başa çatmasını istədiyini bildiribbackend

Tramp Putinə Ukrayna müharibəsinin tezliklə başa çatmasını istədiyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Moskva ilə münasibətlərin bərpasında maraqlı olduğunu açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ukraynada davam edən müharibənin mümkün qədər tez başa çatmasını istədiyini bildirib.

Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, telefon danışığı zamanı Tramp həmçinin ABŞ-Rusiya münasibətlərinin normallaşdırılmasının vacibliyini vurğulayıb. Məlumatı Rusiya prezidentinin mətbuat xidməti yayıb.

Tramp daha əvvəl də Ukrayna müharibəsinin uzanmasının qəbuledilməz olduğunu və tərəflərin danışıqlar yolu ilə razılaşmaya gəlməli olduğunu bildirib.

Lakin diplomatik səylərə baxmayaraq, döyüş meydanında vəziyyət dəyişməyib. Rusiya Ukraynanın müxtəlif bölgələrinə raket və dron hücumlarını davam etdirir, Ukrayna isə Rusiya ərazisindəki hərbi və strateji obyektlərə zərbələr endirir.

ABŞ-ın Kiyevə göndərdiyi nümayəndələrin son səfəri Vaşinqtonun danışıqlar prosesini sürətləndirməyə çalışdığını göstərir. Zelenski də ABŞ nümayəndələri ilə görüşdən sonra sülh prosesi ilə bağlı müəyyən irəliləyişlərin olduğunu bildirib.

//Samir Qurbanov, Editor.az