Rusiyaya KÜTLƏVİ zərbə, Zelenskidən İNANILMAZ açıqlamabackend

Rusiyaya KÜTLƏVİ zərbə, Zelenskidən İNANILMAZ açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mənim fikrimcə, biz üçtərəfli formata doğru irəliləyirik”.

Editor.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Növbəti üçtərəfli görüş BƏƏ-də, İsveçrədə, Türkiyədə və ya başqa bir ölkədə keçirilə bilər. Bu məkanlarla bağlı təcrübəmiz var və bir neçə ölkədən dəvətlər almışıq”, – o bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yeni mərhələsinin tezliklə elan edilə biləcəyini demişdi.

Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində Ukraynaya məxsus 713 ədəd təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, PUA-larla yanaşı, 12 idarəolunan aviasiya bombası və ABŞ istehsalı HIMARS reaktiv yaylım atəş sisteminin bir mərmisi də məhv edilib.

Nazirliyin məlumatına görə, sentyabrın 7-dən 8-nə keçən gecə Rusiyanın 15 regionu üzərində 384 Ukrayna PUA-sı ələ keçirilib və məhv edilib.