Rusiyalı model və teleaparıcı Anastasiya Reşetova 2025-ci ildə ona məxsus gözəllik salonları şəbəkəsindən 122 milyon rubl gəlir əldə edib.
Editor.az-ın məlumatına görə, reper Timatinin keçmiş nişanlısı olan Reşetova 2017-ci ildə gözəllik xidmətləri sahəsində fəaliyyət göstərən “Hype” MMC-ni təsis edib. Şirkətin 100 faiz payı modelə məxsus olsa da, müəssisənin rəhbəri kimi onun bacısı Valentina Reşetova qeydiyyata alınıb.
Şirkət 2025-ci ildə fəaliyyətə başladığı vaxtdan bəri ən yüksək gəlir göstəricisinə nail olub. Bununla belə, müəssisənin xalis mənfəəti 248 min rubla qədər azalaraq əvvəlki dövrlərlə müqayisədə daha aşağı səviyyədə qeydə alınıb.
Bundan əlavə, açıq biznes reyestrlərində yer alan məlumata əsasən, Reşetovaya məxsus şirkətin müəyyən vergi borcu da mövcuddur. Bildirilir ki, modelin rəhbərlik etdiyi biznes subyekti Federal Vergi Xidmətinə təxminən 5 min rubl məbləğində ödəniş etməyib.
Xatırladaq ki, Reşetova daha əvvəl alt paltarı istehsalı və satışı ilə məşğul olan şirkətə də sahib olub. Bir sıra media orqanları həmin biznesin zərərlə işlədiyini və bu səbəbdən modelin şirkəti satmağa məcbur qaldığını yazmışdı. Lakin Reşetova bu iddiaları təkzib edərək, şirkətin fəaliyyətini dini baxışlarına görə dayandırdığını bildirmişdi.
Modelin sözlərinə görə, zaman keçdikcə onun həyat prinsipləri və dünyagörüşü dəyişib. Buna görə də alt paltarı satışına əsaslanan biznes fəaliyyətini davam etdirməyi məqsədəuyğun hesab etməyib.
//Gülnarə Abasova, Editor.az


