Türklərin axın etdiyi ölkə qapılarını BAĞLADIbackend

Türklərin axın etdiyi ölkə qapılarını BAĞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk turistlər üçün məşhur Balkan istiqaməti olan Monteneqroya vizasız səyahət dövrü başa çatır.

Editor.az-ın xəbərinə görə, 1 noyabr 2026-cı il tarixindən etibarən Türkiyə vətəndaşları bu ölkəyə daxil olmaq üçün viza almalı olacaqlar.

Belə ki, Monteneqro hökuməti viza rejimində dəyişiklik edən qərar qəbul edib. Buna əsasən, 1 noyabrdan etibarən Belarus, Çin, Rusiya və Səudiyyə Ərəbistanı, eləcə də Türkiyə vətəndaşlarının Monteneqroya daxil olmaq üçün viza almaları tələb olunacaq. Bu qərarın əsas səbəbi ölkənin viza siyasətini Avropa İttifaqının qaydaları ilə uyğunlaşdırmaqdır.

//Dəniz Pənahova, Editor.az