Xətai rayonunda təkər tullantıları yığılmış ərazidə baş verən yanğın söndürülüb.
Editor.az Globalinfo-ya istinadla xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
***14:30
Xətai rayonunda anbarda baş verən yanğın məhdudlaşdırılıb.
Bu barədə Editor.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yanğının tam söndürülmədi üçün tədbirlər davam etdirilir.
X X X
Paytaxtın Xətai rayonunda, “NZS” ərazisində təkər tullamtıları yığılmış anbarda yanğın başlayıb.
Globalinfo.az-ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda yanğın baş vermiş əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınla mübarizə tədbirləri davam etdirilir.
Ətraflı məlumat veriləcək.

