ABŞ və İran arasında diplomatik təmaslar davam edirbackend

ABŞ və İran arasında diplomatik təmaslar davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp İranla razılaşma imkanının artdığını bildirir, Tehran isə Hörmüz boğazı ilə bağlı siqnal verir

ABŞ Prezidenti Donald Tramp sentyabrın 22-də İranla razılaşmanın mümkün olduğunu bildirib.

Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, Tramp Vaşinqton və Tehran arasında diplomatik təmasların davam etdiyini və tərəflərin mümkün razılaşmaya doğru irəlilədiyini deyib.

İran tərəfi isə danışıqlar fonunda Hörmüz boğazının açılması məsələsi ilə bağlı siqnallar verib. Dünyanın əsas enerji marşrutlarından biri olan bu boğazda vəziyyət Yaxın Şərqdəki münaqişənin beynəlxalq enerji bazarlarına mümkün təsirləri baxımından xüsusi əhəmiyyət daşıyır.

Tramp BMT Baş Assambleyasındakı çıxışında İranla razılaşma əldə olunmadığı halda daha sərt addımlar atıla biləcəyini bildirib. Bununla yanaşı, ABŞ prezidenti diplomatik razılaşmanın mümkünlüyünü də qeyd edib.

//Samir Qurbanov, Editor.az