Zelenski və Tramp BMT Baş Assambleyası çərçivəsində görüşəcəkbackend

Zelenski və Tramp BMT Baş Assambleyası çərçivəsində görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampla Nyu-Yorkda görüşməsi planlaşdırılır.

Editor.az xəbər verir ki, görüşün əsas mövzularından birinin Rusiya ilə enerji obyektlərinə qarşı hücumların dayandırılması məsələsi olacağı bildirilir. Kiyev qış mövsümündə enerji infrastrukturuna hücumların artacağından narahatdır.
Zelenski həmçinin Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi və ABŞ istehsalı “Patriot” sistemlərinin əldə olunması məsələsini gündəmə gətirməyi planlaşdırır.

//Samir Qurbanov, Editor.az