Rusiya və Ukrayna arasında uzaqmənzilli raket və dron hücumları davam edir.
Editor.az xəbər verir ki, AP-nin məlumatına görə, Rusiya Ukraynanın bir neçə regionuna raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib və nəticədə azı beş nəfər həyatını itirib.
Ukrayna isə Rusiyanın Samara vilayətində yerləşən neft emalı zavoduna zərbə endirdiyini açıqlayıb. Ukrayna tərəfi hücum nəticəsində zavodda böyük yanğın baş verdiyini bildirib.
Döyüş xəttində ciddi dəyişiklik olmasa da, hava hücumlarının intensivliyi yüksək olaraq qalır.
//Samir Qurbanov, Editor.az

