ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasındakı çıxışında İranla bağlı sərt mövqe ortaya qoyub.
O, Tehranla sülh sazişinə nail olunmadığı təqdirdə ABŞ-ın hərbi imkanlarından istifadə edə biləcəyini bildirib.
Tramp çıxışında İranla münaqişənin diplomatik yolla həll edilməsinin mümkün olduğunu qeyd etsə də, ABŞ-ın öz maraqlarını və təhlükəsizliyini qorumaq üçün daha sərt addımlar ata biləcəyinə işarə edib.
ABŞ və İran arasında danışıqların yenidən başlaması ehtimalı da gündəmdədir. Tərəflərin BMT Baş Assambleyası çərçivəsində diplomatik təmas imkanlarını müzakirə etdiyi bildirilir.
//Samir Qurbanov, Editor.az

