Türkiyə prezidenti BMT islahatlarının vacibliyini vurğuladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 22-də BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib.
Editor.az xəbər verir ki, O, çıxışında Birləşmiş Millətlər Təşkilatının hazırkı qlobal problemlərin həllində daha effektiv fəaliyyət göstərməsinin və təşkilatın strukturunda islahatların aparılmasının vacibliyini bildirib.
Ərdoğan həmçinin Fələstin məsələsinə xüsusi diqqət ayıraraq daha çox ölkənin Fələstin dövlətini tanımasının vacibliyini vurğulayıb. Türkiyə prezidentinin sözlərinə görə, Fələstin məsələsinin həlli Yaxın Şərqdə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi baxımından əsas məsələlərdən biridir.
BMT Baş Assambleyasının builki sessiyasında Qəzza, İran münaqişəsi, Ukrayna müharibəsi və beynəlxalq təşkilatların gələcəyi əsas müzakirə mövzuları sırasında yer alır.
//Samir Qurbanov, Editor.az

