Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılmasını dəstəklədiyini açıqlayıb.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Təhlükəsizlik Şurasında islahatlara ehtiyac var.
Editor.az xəbər verir ki, Bununla yanaşı, Moskva hazırda daimi üzvlərə məxsus veto hüququnun qorunmasını vacib hesab edir.
Bu açıqlama Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Təhlükəsizlik Şurasında daimi üzvlük və veto sisteminin ləğv edilməsinə dair çağırışından sonra səslənib. Ərdoğan mövcud sistemin dünya dövlətlərini tam şəkildə təmsil etmədiyini bildirir.
//Samir Qurbanov, Editor.az

