Pakistanın ictimai işlər və kommunikasiyalar naziri Fazal Şakur Xan silahlı şəxslər tərəfindən qaçırılıb.
Editor.az xəbər verir ki, bu barədə “Daun” qəzeti nazirin şəxsi katibi Ələm Xana istinadla məlumat yayıb.
“Cənab Xan Peşəvərə iclasa qatılmaq üçün gedərkən polis formasında silahlı şəxslər onu Peşəvər avtomobil yolunun çıxışında saxlayıblar”, – məlumatda bildirilib.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

