Ukraynanın 13 şəhəri vuruldubackend

Ukraynanın 13 şəhəri vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krımı Rusiya ilə birləşdirən Kerç körpüsünün təxribatından sonra Moskvadan həyəcanla gözlənilən cavab gəldi. Səhər saatlarından etibarən Ukraynaya raket yağdıran Rusiya başda paytaxt Kiyev olmaqla, 13 şəhərin infrastrukturunu məhv edən hücumlar həyata keçirib.

Editor.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya Təhlükəsizlik Şurasının iclasında Rusiyanın Ukraynaya 84 raket atdığını açıqlayan prezident Vladimir Putin bunun Müdafiə Nazirliyinin göstəriişlərinə əsasən reallaşdığını bildirib: “Silahlı qüvvələrimizin təşkil etdiyi cavab zərbəsində Ukraynanın enerji infrastrukturu, hərbi qərargahları, nəqliyyat və rabitə mərkəzləri hədəfə alınıb. Bundan əlavə, Ukrayna administrasiyasına bir daha xatırlatmaq istərdim ki, Rusiyaya qarşı yeni terror aktları olacağı təqdirdə biz çox sərt cavab verəcəyik “.

Eyni zamanda, Putin Ukraynanın Rusiyadan Türkiyəyə gedən “Türk axını” qaz kəmərini də sabotaj etmək istədiklərini, lakin Rusiya təhlükəsizlik qüvvələrinin bu cəhdin qarşısını aldığını bildirib.

//Safura Bənnayeva, Editor.az