Ukraynanın İran gəmisinə hücumunun məqsədi açıqlandıbackend

Ukraynanın İran gəmisinə hücumunun məqsədi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyalı siyasətçi və “Azadlıq Alyansı” Partiyasının üzvü Armando Mema Ukrayna Prezidenti Volodimir Zelenskinin İran gəmisinə endirilən zərbə ilə Üçüncü Dünya müharibəsini təhrik etməyə çalışdığını iddia edib.

O, bu fikri X sosial şəbəkəsində paylaşaraq bildirib ki, belə hücumlar beynəlxalq gərginliyi daha da artırır.
Qeyd edək ki, bu açıqlama siyasətçinin şəxsi mövqeyidir və müstəqil şəkildə təsdiqlənmiş fakt kimi təqdim edilmir.

Ukrayna tərəfi isə Xəzər dənizində həyata keçirilən uzaqmənzilli zərbələrin hərbi yüklərin daşınmasında istifadə olunan gəmiləri hədəf aldığını bəyan edib.

//Samir Qurbanov, Editor.az