Ürəyi 7 dəqiqə dayanan aktyor ölümdən sonrakı dünyada gördüklərini danışdıbackend

Ürəyi 7 dəqiqə dayanan aktyor ölümdən sonrakı dünyada gördüklərini danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyada yaşayan 60 yaşlı aktyor Şiva Qrival ürəyi dayandıqdan sonra yaşadığı qeyri-adi təcrübədən danışıb. Aktyor həmin an özünü bədənindən ayrı hiss etdiyini və kosmosda olduğunu gördüyünü bildirib.

Editor.az xəbər verir ki, Londonda yaşayan aktyor Şiva Qrival həyat yoldaşı Alisonla birlikdə olduğu zaman qəfil ürək tutması keçirib. Həyat yoldaşının təcili tibbi yardım çağırmasından sonra aktyor xəstəxanaya çatdırılıb. Həkimlər onun ürək damarlarından birinin tamamilə tutulduğunu müəyyən ediblər.

Qrivalın sözlərinə görə, həmin vaxt o, fiziki dünyadan ayrıldığını və öz bədənini kənardan hiss etdiyini düşünüb. Aktyor bu vəziyyəti suda üzməyə bənzədib.

Daha sonra isə özünü kosmosda gördüyünü deyən Qrival Ayın üzərindən uçduğunu, meteoritləri və geniş kosmosu seyr etdiyini bildirib.

“Bir anda Ayın üzərindən uçduğumu, meteoritləri və bütün kosmosu gördüyümü hiss etdim”, – aktyor xatirələrini bölüşüb.

Onun sözlərinə görə, həmin qeyri-adi təcrübə zamanı naməlum qüvvələr ona müxtəlif həyatları göstərib və reinkarnasiya imkanını təqdim ediblər. Lakin aktyor öz həyatına qayıtmaq istədiyini bildirib və bunu həmin “qüvvələrə” açıq şəkildə çatdırıb.

Hadisənin tibbi tərəfinə gəlincə, Qrivalın ürəyi təxminən 7 dəqiqə dayanıb, daha sonra isə o, təxminən bir ay komada qalıb.

Aktyor bu hadisədən sonra həyata baxışının dəyişdiyini və yaşadığı təcrübənin ona həyatın dəyərini daha dərindən anlamağa kömək etdiyini söyləyib.

Qeyd: Aktyorun danışdığı hadisələr onun şəxsi təcrübəsi kimi təqdim olunur. Onun təsvir etdiyi “o biri dünya”, kosmos və reinkarnasiya ilə bağlı görüntülərin elmi baxımdan təsdiqləndiyi bildirilməyib.

//Gülnarə Abasova, Editor.az