“Putin NATO-su” İrəvanın səsini kəsir – Gərginlik PİK həddəbackend

“Putin NATO-su” İrəvanın səsini kəsir – Gərginlik PİK həddə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi məsələsinə təşkilatın 11 noyabrda keçiriləcək zirvə toplantısında baxıla bilər.

Bunu TASS-a Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Ermənistan KTMT-yə növbəti zərbəni vurdu - Rusiya məmurları ancaq  danışırlar... - Baki-Xeber.com

Onun sözlərinə görə, KTMT Nizamnaməsi beynəlxalq müqavilədir və bütün tərəflər tərəfindən, o cümlədən hər bir üzv dövlətin KTMT orqanlarının fəaliyyətini maliyyələşdirmək öhdəliyi ilə vicdanla yerinə yetirilməlidir: “İrəvanın təşkilatın işində iştirak etməkdən imtina etməsi və illik büdcə qərarlarını imzalamaması sadəcə öz hüququnu həyata keçirməməsi deməkdir, lakin Ermənistanın milli töhfəsini vaxtında ödəmək öhdəliyini ləğv etmir”.

Rusiya Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsində maraqlı görünür, yoxsa siyasi təzyiqdir?

Təhlükəsizlik eksperti İlham İsmayıl Musavat.com-a bildirib ki, Rusiya Ermənistana indi deyil, Paşinyan hakimiyyətə gəldiyi gündən təzyiq edir: “Rusiyanın təzyiqlərinin sərtliyi hər il artsa da, Kreml Ermənistanda hakimiyyət dəyişikliyinə nail ola bilməyib. Moskva 7 iyun seçkiləri ərəfəsində siyasi-iqtisadi basqılarını artırsa da, Paşinyanın partiyası qalib gəldi. Eyni zamanda, İrəvanın KTMT-dəki fəaliyyətini dondurması ilə bağlı mövqeyi də dəyişməz olaraq qalır. Ona görə də Ermənistanın blokda səsvermə hüququndan məhrum edilməsi hədəsi məntiqsizdir. Çünki təşkilatda fəaliyyətini donduran, tədbirlərini boykot edən ölkənin səsvermə haqqını əlindən almaq nəyi dəyişəcək? Ermənistan rəhbərliyi bu qərarı istehza ilə qarşılayır və heç bir münasibət bildirmir”.

İlham İsmayıl saxlanıldı - DETALLAR - Globalinfo.az

Ekspertə görə, Rusiyanın həmçinin, Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim etmək tələbinin də nə hüquqi, nə siyasi əsası var: “Ermənistanın Avropa Birliyinə rəsmi müraciəti olmadığı halda, niyə referendum keçirməlidir? Ümumiyyətlə, bu ölkəni birliyə üzvlük perspektiviən azı yaxın 10 ildə gözləmir. O baxımdan, həm KTMT, həm Aİİ ilə bağlı təzyiqlər Ermənistanda ciddi hadisələrə səbəb olmayacaq. Rusiyanın məqsədi erməni miqrantların ölkədən çıxarılması və bununla da İrəvanda kütləvi iğtişaşlara rəvac verilməsidir”.

Musavat.com