Dəhşətli qəzada həlak olan Məryəm bu bankın əməkdaşı olub FOTOSUbackend

Dəhşətli qəzada həlak olan Məryəm bu bankın əməkdaşı olub FOTOSU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, dünən Balakənin Katex kəndində “Hyundai”, “KIA” və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində ağır yol qəzası baş verib. Hadisə zamanı 4 nəfər həyatını itirib, 2 nəfər isə xəsarət alıb. Ölənlər arasında “Hyundai” markalı avtomobilin sürücüsü, Məryəm Hoorsova da olub.

Qəza zamanı həlak olan Məryəm Hoorsova “Access Bank”ın əməkdaşı olub. Məlumata görə, o xeyriyyəçik işləri ilə də məşğul olurmuş

Məryəm xanım hər ay maaşından 150 manat Bakıda yaşayan qızını və oğlunu yol qəzasında itirən, iki yetim nəvəsi ilə yaşayan xəstə nənəyə yardım edirmiş. O, eyni zamanda uşaq evlərinə də maddi dəstək göstərirmiş.

Onu da qeyd edək ki, M.Hoorsova cəmi iki ay əvvəl avtomobil alıbmış və bu onun ilk maşını olub.\\AZXEBER.COM.

Dəhşətli qəzada həlak olan Məryəm bu bankın əməkdaşı olub - FOTOSU