Macarıstanda yeni prezident seçildi – Andraş Baka kimdir?backend

Macarıstanda yeni prezident seçildi – Andraş Baka kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib. Avqustun 11-də keçirilən səsvermə nəticəsində keçmiş Ali Məhkəmə sədri, hüquqşünas Andraş Baka dövlət başçısı vəzifəsinə gətirilib.

Editor.az xəbər verir ki, gizli səsvermədə Baka 140 deputatın dəstəyini qazanıb, 6 deputat isə onun namizədliyinin əleyhinə səs verib. Viktor Orbanın rəhbərlik etdiyi Fidesz partiyası səsverməni boykot edib.
73 yaşlı Andraş Baka uzun illər Macarıstanın məhkəmə sistemində çalışıb. O, 2009-cu ildə ölkənin Ali Məhkəməsinə rəhbər seçilib. Baka daha əvvəl Avropa İnsan Hüquqları Məhkəməsində hakim kimi də fəaliyyət göstərib.
Baka 2011-ci ildə Viktor Orban hökumətinin həyata keçirdiyi məhkəmə islahatlarını tənqid etdikdən sonra Ali Məhkəmə sədrliyindən uzaqlaşdırılıb.

Daha sonra Avropa İnsan Hüquqları Məhkəməsi onun vəzifədən kənarlaşdırılması ilə bağlı hüquqlarının pozulduğuna qərar verib.

Onun prezident seçilməsi Baş nazir Peter Magyarın Viktor Orban dövründən qalan dövlət institutlarında dəyişikliklər aparmaq siyasətinin bir hissəsi kimi qiymətləndirilir. Baka prezident postunda Tamás Sulyoku əvəz edəcək.
Yeni prezident andiçmə mərasimində siyasi dəyişikliklərin qisas üzərində qurulmamalı olduğunu və ölkədə cəmiyyətin birliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Baka avqustun 19-da vəzifəsinin icrasına başlayacaq.

//Samir Qurbanov, Editor.az