Reper Elşad Xose sosial media hesabındakı addımla diqqət çəkib.
Milli.Az xəbər verir ki, Xose instaqram səhifəsində bütün şəkillərini silib.
O, yalnız 2021-ci ildə paylaşdığı və “Birazdan sükut pozulacaq” şərhli fotosunu saxlayıb.
Qeyd edək ki, bir müddət əvvəl “skndl” səhifəsi Elşadın Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumat yayıb.


