Bayramov və Mirzoyan protokol qaydasını bilərəkdən pozdu? – FOTObackend

Bayramov və Mirzoyan protokol qaydasını bilərəkdən pozdu? – FOTO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Nyu Yorkda baş tutan görüş zamanı bir detal diqqət çəkib.

Editor.az Globalinfo.az-a istinadla xəbər verir ki, “Hraparak” nəşri nazirlərin görüş keçirdiyi masada ölkələrin bayraqlarının olmadığını vurğulayıb.

Nəşr yazır ki, Ararat Mirzoyanın digər həmkarları ilə görüşləri zamanı masada hər iki ölkənin bayrağı yer alıb. Məsələn, Qazaxıstanın xarici işlər naziri ilə görüş də bura daxildir. Lakin Ceyhun Bayramovla görüş müddətində masaya iki ölkənin bayraqları qoyulmayıb.

Görüş zamanı masada bayraqların olmamasının səbəbi açıqlanmasa da, tərəflər arasında razılıq əsasında belə qərar verildiyi ehtimal edilir.