Xırdalanda zibil böhranı: Yaşlı qadın yıxılaraq qolunu sındırdı – sakinlər kömək istəyirbackend

Xırdalanda zibil böhranı: Yaşlı qadın yıxılaraq qolunu sındırdı – sakinlər kömək istəyir-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xırdalan şəhərində yerləşən AAAF Park yaşayış kompleksinin 13-cü binasının qarşısında yaranan antisanitar vəziyyət sakinlərin etirazına səbəb olub.

Editor.az xəbər verir ki, sakinlərin iddiasına görə, məişət tullantıları uzun müddətdir daşınmadığından zibil konteynerləri dolub-daşıb, tullantılar isə küçəyə yayılıb. Nəticədə ərazidə həm kəskin qoxu yaranıb, həm də piyadaların hərəkəti çətinləşib.

Sakinlər bildirirlər ki, yaranmış vəziyyət artıq xoşagəlməz hadisəyə də səbəb olub. Onların sözlərinə görə, yaşlı bir qadın zibil yığını səbəbindən yıxılaraq qolunu sındırıb.
Qeyd olunur ki, sakinlər bununla bağlı aidiyyəti qurumlara kollektiv ərizə ilə müraciət etsələr də, problem hələ də aradan qaldırılmayıb.

Sakinlər aidiyyəti qurumlardan məsələyə təcili müdaxilə etməyi, ərazinin tullantılardan təmizlənməsini və zibilin vaxtında daşınmasının təmin olunmasını tələb edirlər.
Qeyd: Yaşlı qadının yıxılması və qolunu sındırması barədə məlumat sakinlərin iddiasına əsaslanır. Rəsmi qurumların məsələ ilə bağlı mövqeyi hələlik açıqlanmayıb.

//Samir Qurbanov, Editor.az