Bakıda bədbəxt hadisə: 8 yaşlı uşaq “reşotka”nın arasında boğulub öldübackend

Bakıda bədbəxt hadisə: 8 yaşlı uşaq “reşotka”nın arasında boğulub öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda azyaşlının ölümü ilə nəticələnən faciəvi hadisə baş verib.

Milli.Az xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 2018-ci il təvəllüdlü Y.Ə. yaşadığı evin həyətində oynayarkən dəmir barmaqlıqların arasından keçməyə çalışıb. Bu zaman onun başı barmaqlıqlara ilişib.

Azyaşlı boğulma nəticəsində həyatını itirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.