ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun İranla müharibəyə çəkdiyi xərclər gələcəkdə dəfələrlə kompensasiya olunacaq.
O, bu barədə Ağ Evdə çıxışı zamanı danışıb.
Trampın sözlərinə görə, ABŞ bu münaqişəyə sərf olunan vəsaiti müxtəlif iqtisadi və strateji üstünlüklər hesabına geri qaytara biləcək. Prezident bunun necə həyata keçiriləcəyi barədə isə ətraflı məlumat verməyib.
Ağ Ev çıxışın videosunu özünün rəsmi YouTube kanalında yayımlayıb.
//Samir Qurbanov, Editor.az

