ABŞ Prezidenti Donald Trampın 2025-ci ildən etibarən Ukrayna Prezidenti Volodimir Zelenskiyə təsir göstərmək imkanlarını tamamilə itirdiyi iddia olunub.
Editor.az xəbər verir ki, bu fikri dövlətə xəyanətdə ittiham olunaraq hazırda istintaq təcridxanasında saxlanılan Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski özünün Telegram kanalında səsləndirib.
Dubinskinin sözlərinə görə, Tramp artıq Zelenskinin qərarlarına təsir edə biləcək siyasi rıçaqlara malik deyil. Deputat bu iddiasını əlavə faktlarla əsaslandırmayıb.
Qeyd edək ki, bu bəyanat yalnız Aleksandr Dubinskinin şəxsi mövqeyini əks etdirir və rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
//Samir Qurbanov, Editor.az

