Pakistanın keçmiş baş naziri İmran Xan həbsxanadan xəstəxanaya köçürülübbackend

Pakistanın keçmiş baş naziri İmran Xan həbsxanadan xəstəxanaya köçürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın keçmiş baş naziri İmran Xan məhkəmənin qərarı ilə həbsxanadan xəstəxanaya köçürülüb.

Editor.az xəbər verir ki, bu barədə Pakistanın Geo telekanalı məlumat yayıb.

Pakistan Ali Məhkəməsi daha əvvəl İmran Xanın tibbi müayinə üçün həbsxanadan xəstəxanaya köçürülməsi barədə hökumətə göstəriş verib.

Xanın xəstəxanaya aparılması ərəfəsində tibb müəssisəsinin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Xəstəxananın yerləşdiyi əraziyə çox sayda polis əməkdaşı cəlb olunub.

İmran Xanın vəkilləri fevral ayında onun səhhəti ilə əlaqədar həbsdən azad edilməsi üçün məhkəməyə müraciət etmişdilər.

Qeyd edək ki, İmran Xan 2025-ci ilin yanvarında başqa bir korrupsiya işi üzrə 14 il müddətinə azadlıqdan məhrum edilib. Eyni iş üzrə onun həyat yoldaşı da 7 il həbs cəzasına məhkum olunub.

//Gülnarə Abasova, Editor.az