Rusiya Ukrayna üçün hərbi təchizat daşıyan dörd gəmini vurdubackend

Rusiya Ukrayna üçün hərbi təchizat daşıyan dörd gəmini vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 3-ü axşam saatlarında Rusiya ordusu Ukrayna Silahlı Qüvvələri üçün təchizat daşıyan dörd quru yük gəmisini hədəfə alaraq vurub.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

“Nikolayev limanında hərbi təyinatlı yükləri olan quru yük gəmisi, Yujnı limanında isə hərbi təchizatın boşaldılmasını həyata keçirən eyni tipli dəniz gəmisi vurulub. Odessadan cənubda dənizlə hərəkət edərkən Ukrayna limanlarına silah və hərbi əmlak çatdıran daha iki quru yük gəmisi zərbəyə məruz qalıb”, – deyə açıqlamada bildirilir.