Bu gün saat 10:00 radələrində Ağdam rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-a TƏBİB-dən bildirilib.
1983-cü il təvəllüdlü şəxsə müştərək travmalar, hər iki diz nahiyəsinin sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş iymətləndirilən pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
***

***
***
Teleqraf-ın məlumatına görə, “Hundai” markalı avtomobillə “VAZ” 2106 markalı avtomobilin toqquşması nəticəsində leytenant Mehtiyev Faiq Xanqulu oğlu, çavuş Qəhrəmanov Saday Yaqub oğlu, çavuş Novruzov Ruslan Ramil oğlu və Abbasov İsmayıl Abdulla oğlu vəfat ediblər.
“Hundai” markalı avtomobilin sürücüsü Cəfərov Sadiq Rafael oğlu ilə xərasət alıb.
***
Ağdamda baş verən ağır yol-nəqliyyat hadisəsində ölən 4 nəfərin kimlikləri məlum olub.
Editor.az bildirir ki, “Report”un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, qəzada Mehtiyev Faiq Xanqulu oğlu, Qəhrəmanov Saday Yaqub oğlu, Novruzov Ruslan Ramil oğlu və Abbasov İsmayıl Abdulla oğlu ölüb.
Bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
***
Ağdamda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün səhər saatlarında rayonun Bərdə – Xankəndi yolunun Xıdırlı kənd ərazisindən keçən hissəsində baş verib.
Belə ki, “VAZ-2106” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralıların xəstəxanaya çatdırılması üçün hadisə yerinə həkim briqadaları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


