Ermənistan Rusiya üçün təhlükəli ölkələr siyahısında-Moskvadan ekstradisiya bəyanatıbackend

Ermənistan Rusiya üçün təhlükəli ölkələr siyahısında-Moskvadan ekstradisiya bəyanatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına xaricə səfər edərkən üzləşə biləcəkləri ciddi təhlükələr barədə rəsmi xəbərdarlıq edib.

Rusiya XİN-in insan hüquqları üzrə çoxtərəfli əməkdaşlıq departamentinin direktoru Qriqori Lukyantsev rusiyalıların üçüncü ölkələrdən ABŞ-a ekstradisiya edilmə riskinin kəskin artdığını bəyan edib. Lukyantsevin sözlərinə görə, bir çox dövlətlərin, o cümlədən Avropa İttifaqı və digər regionların Vaşinqton qarşısında xüsusi öhdəlikləri var və vətəndaşlar səfər planlaşdırarkən bu riskləri mütləq nəzərə almalıdırlar.

Rusiya XİN-in dərc etdiyi rəsmi məlumatda rusiyalılar üçün ən yüksək həbs və ekstradisiya riski daşıyan ölkələrin siyahısı da açıqlanıb. Sensasion məqam budur ki, Rusiya ilə müttəfiqlik münasibətləri olan Ermənistan da Avstraliya, Kanada, İsrail, Cənubi Koreya və Tayland kimi ölkələrlə eyni siyahıya daxil edilib.

Nazirlik qeyd edir ki, ABŞ-ın sorğusu ilə vətəndaşların saxlanılması təhlükəsi təkcə bu siyahı ilə məhdudlaşmır və Vaşinqtonla ekstradisiya müqaviləsi olan bütün ölkələr ruslar üçün potensial təhlükə mənbəyidir. Bu bəyanat xüsusilə Ermənistan-Rusiya münasibətlərindəki mövcud gərginlik fonunda Moskvadan İrəvana verilən açıq hərbi-siyasi mesaj kimi qiymətləndirilir. Rusiyanın öz vətəndaşlarını Ermənistana getməkdən çəkindirməsi iki ölkə arasındakı etimadın tamamilə sarsıldığını göstərir.

Musavat.com