Aleksandr Lukaşenko Çinə rəsmi səfərə gedibbackend

Aleksandr Lukaşenko Çinə rəsmi səfərə gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko iyunun 2-4-də Çinə səfər edəcək. Pekində onun Çin prezidenti Si Cinpinlə görüşü planlaşdırılır.

Editor.az bildirir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb. Əvvəlcə dövlət başçıları təkbətək danışıqlar aparacaqlar. Sonra Aleksandr Lukaşenko və Si Cinpin qeyri-rəsmi olaraq ikitərəfli münasibətlərin vəziyyətini və inkişaf perspektivlərini müzakirə edəcəklər. Bu, birgə layihələrin həyata keçirilməsinə və təşəbbüslərin təşviqinə aiddir.

Bundan əlavə, beynəlxalq əməkdaşlığa diqqət yetiriləcək. Lukaşenkonun səfər zamanı başqa görüşləri və danışıqları da nəzərdə tutulub.

Qeyd edək ki, mayın 23-də Çin Xarici İşlər Nazirliyinin sözçüsü Yao Şaocun bildirib ki, Belarus və Çin yaxşı tərəfdaşlıq əlaqələri qurublar, lakin bundan sonra da irəliləyiş üçün potensial var. O qeyd edib ki, Aleksandr Lukaşenko və Si Cinpin müntəzəm dialoq aparır.

//Samir Qurbanov, Editor.az