Azərbaycan Mərkəzi Bankının (AMB) Bazar davranışlarının tənzimlənməsi departamentinin adı Bazar davranışlarına nəzarət və tənzimləmə departamentinə dəyişdirilib.
Editor.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bildirilib ki, yeni departementin direktoru da əvvəlki kimi Tamerlan Əliyevdir.
Bundan başqa, AMB-də Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsi yaradılıb. Şöbəyə İlahə Baxışova Tahirli rəhbər təyin edilib.
O, III “Yüksəliş” müsabiqəsinin qalibidir.

