Ermənistana Rusiya qazının tədarükü dayandırılırbackend

Ermənistana Rusiya qazının tədarükü dayandırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistana təbii qazın tədarükü sentyabrın 15-dən 25-dək Rusiya ərazisində yerləşən “Şimali Qafqaz – Cənubi Qafqaz” magistral qaz kəmərində planlı profilaktik və təmir işlərinin aparılması ilə əlaqədar dayandırılacaq.

Editor.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, bu müddət ərzində istehlakçıların fasiləsiz qaz təchizatı daxili ehtiyatlar və İrandan təbii qaz tədarükünün əlavə həcmləri hesabına təmin ediləcək.