Türkiyədə bu məhsulların satışı QADAĞAN ediləcəkbackend

Türkiyədə bu məhsulların satışı QADAĞAN ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin yeni tənzimləməsinə əsasən, qida məhsullarında donuz və həşəratlardan əldə edilən ətirverici maddələrin istifadəsi tamamilə qadağan edilib.

Editor.az-ın xəbərinə görə, bundan əlavə, 31 dekabr 2026-cı il tarixindən etibarən 10 ətirverici maddənin istifadəsi dayandırılacaq və etiketlərdə “təbii” ifadəsinin işlədilməsi üçün 95%-lik tərkib tələbi tətbiq olunacaq.

Qeyd edək ki, Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırma çərçivəsində hazırlanmış yeni qaydaların qüvvəyə minməsi ilə 2011-ci ilə aid əvvəlki qaydalar ləğv edilib. Yeni qanunvericiliyə əsasən, ətirləndiricilərin və ətirləndirici xüsusiyyətlərə malik qida inqrediyentlərinin istifadəsi zamanı istehlakçıların sağlamlığının qorunması və onların aldadılmasının qarşısının alınması əsas prinsiplər olacaq.

//Dəniz Pənahova, Editor.az