Ukraynaya köhnə Patriot raketlərinin istehsalına lisenziya verilirbackend

Ukraynaya köhnə Patriot raketlərinin istehsalına lisenziya verilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Patriot raket sursatlarının köhnə versiyalarının istehsalı üçün lisenziyanın Ukraynaya ötürülməsi imkanını müzakirə edir.

bunu ABŞ Prezidenti Donald Tramp İrlandiyadan ABŞ-a gedərkən təyyarəsində jurnalistlərə verdiyi müsahibədə deyib.

ABŞ-ın Ukraynaya Patriot sursatlarının istehsalı üçün lisenziya verilməsini gözləyib-gözləmədiyi ilə bağlı suala cavab olaraq Tramp bildirib ki, “müzakirələr davam edir”. O izah edib ki, müzakirələr tutucuların “köhnə versiyaları” ilə bağlıdır: “Bilirsiniz nədən danışıram? Daha az inkişaf etmiş versiyalar”.

Tramp Avropa ölkələrinin Ukraynaya Patriot tutucu raketləri satmaq planları ilə bağlı şərh tələbini faktiki olaraq qulaqardına vurub: “Bizdə müəyyən silahların böyük ehtiyatları var, bəziləri demək olar ki, sonsuz saydadır. Elit sursatlara gəlincə, onların çoxu Ukraynaya verilib, lakin biz onların yerini çox tez bir zamanda doldururuq”.

Musavat.com